Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapılıb

Daşkəsəndə 21 gün əvvəl itkin düşən şəxsin meyiti göldən tapılıb
  • Clock-gray 18:23
  • calendar-gray 21 Noyabr 2020

Daşkəsəndə göldə kişi meyiti aşkarlanıb.

APA -nın yerli bürosunun məlumatına görə, rayonun Xoşbulaq kəndində yerləşən göldən meyiti tapılan şəxsin Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Abbasov Ələddin Firudin oğlu olduğu müəyyənləşib.

Göldən ona məxsus “VAZ 2106” markalı avtomobil də tapılıb. Məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib. O, bu il oktyabrın 31-də avtomobili ilə birlikdə itkin düşüb. Bununla bağlı polisə məlumat verilib.

apa-logo-mini

Digər xəbərlər